• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün483
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə483
mod_vvisit_counterBu ay45637
mod_vvisit_counterÜmumi2929776

Tarix: 23 Dek., 2024

Müəllim və şagirdlər üçün “STEAM yay məktəbi” təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM təhsil metodudur. Belə ki, STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu günə kimi 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Muxtar respublikada  ümumtəhsil məktəblərinin şagirdlərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. 2023-2024-cü tədris ilində isə 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin qurulması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində yeni yaradılan STEAM Təlim-Tədris Mərkəzi də yüksəkixtisaslı mütəxəssislərinin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
İnnovativ təhsil metodu olan STEAM təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris  Mərkəzində  “STEAM yay məktəbi” təşkil olunub. 28-29 avqust tarixlərində baş tutan   yay məktəbinə  38 müəllim, 27  şagird cəlb olunub.
Əvvəlcə  yay məktəbinin  iştirakçıları  STEAM Təlim-Tədris Mərkəzi ilə tanış olublar. Bildirilib ki, 236 yerlik olan mərkəz zirzəmi ilə birgə 3 mərtəbədən ibarətdir. Burada STEAM, robototexnika, CNC-3D texnologiyası, qrafiki dizayn, elektronik proqramlama-mühəndislik, dron uçuş idarəçiliyi və kodlaşdırılması, proqramlaşdırma dərnəkləri fəaliyyət göstərir. Sonra yay məktəbinə start verilib. “STEAM yay məktəbi”ndə müəllim və şagirdlər CNC lazer texnologiyasının işləmə prinsipi, lazerin işə hazırlanması qaydalarını və bununla yanaşı Edu Dronların alqoritmik formada kodlaşdırma mexanizmlərini, proqramlaşdırma mövzularını öyrənməklə, nəzəri biliklərini praktikada tətbiq ediblər. Yay məktəbində həmçinin STEAM Təlim-Tədris  Mərkəzinin mütəxəssisləri tərəfindən Edu dronların proqramlaşdırması, CNC lazer texnologiyaları praktik tətbiqlərlə geniş izah olunub.
STEAM yay məktəbinin sonunda  müəllim və şagirdlərə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sertifikatları təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg