Sürətlə dəyişən, yenilənən dünyamız davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün bilik iqtisadiyyatının, innovasiya cəmiyyətinin, rəqabətə davamlı yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını qarşıya əsas məqsəd kimi qoyur. Məhz ölkəmizdə son illərdə reallaşdırılan təhsil siyasətinin əsasında da daha keyfiyyətli insan kapitalının formalaşdırılması sahəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradılması, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrların hazırlanması dayanır. Bu mənada “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Mühüm dövlət sənədi əsasında hazırlanan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ən müasir təcrübə və biliklərin inteqrasiyasına əlverişli zəmin yaratmaqla ölkəmizin tərəqqisinə töhfə baxımından mühüm vədlər verir.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva haqqında məktəblilərə ətraflı məlumat verib. Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa-yazı müsabiqəsində Kəngərli rayon məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird iştirak edib. Müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Sonda qaliblərə diplomlar taqdim edilib. Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi Qumaş Abdullayeva və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ceyran Alməmmədova bildiriblər ki, Ümummilli lider Heydər Əliyev bütün sahələrlə yanaşı təhsilin də inkişafına böyük diqqət və qayğı göstərib. Məhz Azərbaycan təhsilinin inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması üçün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də dövlətimizin qayğısı sayəsində hərtərəfli şərait yaradılıb. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 14 adda yeni innovativ dərnək yaradılıb. Hazırda innovativ dərnəklərin sayı 22-yə çatdırılıb. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.
Ardını oxu... Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, Prezident cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamı görkəmli elm xadiminin irsinin öyrənilməsi baxımından mühüm həmiyyət kəsb edir.
Ardını oxu... Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir.
Ardını oxu... |
|