Martın 31-də Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib. Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin Tarix müəllimi Azad Şirzadov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdı. Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər.
Ardını oxu...
|
Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin IV sinifində təhsil alan qız şagirdləri arasından müsabiqə yolu ilə aparılır. Liseyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur: - Şəxsiyyət vəsiqəsinin surəti - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil - Valideynin ərizəsi - Təhsil aldığı məktəbdən arayış - Sağlamlıq haqqında arayış (Forma 26.) Sənədlər 03 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir. Müsabiqə 27 may 2022-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir. Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, Riyaziyyat fənni üzrə 30, İngilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə 3 fəndən 70 sual təqdim olunacaqdır. Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır. Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2 Əlaqə nömrələri: (036) 545-03-47 (036) 545-23-62
Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VI sinifində təhsil alan oğlan şagirdləri arasından müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur: - Şəxsiyyət vəsiqəsinin surəti - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil - Valideynin ərizəsi - Təhsil aldığı məktəbdən arayış - Sağlamlıq haqqında arayış (Forma 26.) Sənədlər 3 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir. Müsabiqə 3 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir. Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, Riyaziyyat fənni üzrə 25, Fizika fənni üzrə 25, İngilis dili fənni üzrə 15, Biologiya fənni üzrə 5, Coğrafiya fənni üzrə 5, Tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 7 fəndən 100 sual təqdim olunacaqdır. Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır. Ünvan: Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Şərur şəhəri, Sabir küçəsi 26. Əlaqə nömrəsi: (036) 542-30-76
Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VII sinifində təhsil alan oğlan və qız şagirdləri arasından müsabiqə yolu ilə aparılır. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur: - Şəxsiyyət vəsiqəsinin surəti - 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil - Valideynin ərizəsi - Təhsil aldığı məktəbdən arayış - Sağlamlıq haqqında arayış (Forma 26.) Sənədlər 03 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir Müsabiqə 10 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir. Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 15, Riyaziyyat fənni üzrə 15, Fizika fənni üzrə 10, İngilis dili fənni üzrə 10, Kimya fənni üzrə 20, Biologiya fənni üzrə 20, Coğrafiya fənni üzrə 5, Tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 8 fəndən 100 sual təqdim olunacaqdır. Muxtar respublika üzrə 30 qız, 30 oğlan olmaqla, ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır. Ünvan: Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi. Əlaqə nömrəsi: (036) 550-50-16 28 mart 2023-cü il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Dərsdə Emin Hacıyev elektron şahmat proqramları, “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” haqqında ətraflı məlumat verərək, vəzir qambitinə aid oyunları təhlil edib. İnteraktiv dərsdə şagirdləri maraqlandıran vəziyyətlər də izah olunub, piyada və top sonluqlarına aid məsələlər həll olunub. İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə qədim hind müdafiəsinə aid oyunlar təhlil edilib, oyuna aid vəziyyətlər izah olunub, müəllimləri maraqlandıran suallar cavablandırılıb. |
|