• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün498
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə498
mod_vvisit_counterBu ay45652
mod_vvisit_counterÜmumi2929791

Tarix: 23 Dek., 2024

Naxçıvanlı abituriyent ABŞ-nin 4 universitetindən qəbul dəvəti alıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.12 mart tarixli buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərdən biri də naxçıvanlı şagird Mikayıl Cəfərlidir. O, 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olub.

Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini bölüşüb.

“Mən 2007-ci il aprelin 18-də Şərur rayonunun Kürçülü kəndində anadan olmuşam. Təhsil illərimdə müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanında 290 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuş, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam”.

Abituriyent məqsədinin xaricdə təhsil almaq olduğunu vurğulayıb:

 

“Təhsilimə xaricdə davam etmək istəyirəm, bunun üçün IELTS və SAT imtahanlarında iştirak etmişəm. Bu imtahanlardan yüksək nəticə göstərərək Amerika Birləşmiş Ştatlarının 4 universitetindən qəbul dəvəti almışam. Digər bir uğurum isə 11-ci sinif buraxılış imtahanında 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası  üzrə ən yüksək nəticə əldə etməyimdir. İmtahanda riyaziyyat və ingilis dilindən 100 bal, Azərbaycan dilindən isə 97 bal topladım”.

M.Cəfərli öz tövsiyələrini yaşıdları ilə bölüşüb:

“Yaşıdlarıma tövsiyə edirəm ki, təhsil aldıqları müddətdə dünyagörüşlərini artıraraq, təhsili daha dərindən mənimsəməyə çalışsınlar. Çünki Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən suallarda təkcə savad deyil, dünyagörüşü də yoxlanır”.

Abituriyent sonda imtahan vermiş bütün şagirdlərə uğurlar arzu edib:

“Mənimlə bərəbər imtahan verən bütün abituriyentlərə uğurlar arzu edirəm. Ümid edirəm ki, yüksək nəticə göstərərək istədikləri ali məktəblərə qəbul olarlar”, - deyə o, fikrini tamamlayıb.

 

 

 

 

 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg