Naxçıvan məktəbliləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak etmək üçün Bakı şəhərinə yola düşüblər. Müsabiqəyə şagirdlər 6 elmi layihə ilə qatılıblar. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri” XII-ci respublika müsabiqəsinə 8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim ediblər. Onlardan 6-sı final mərhələsinə vəsiqə qazanıb. Müsabiqə Bakı şəhərində fevralın 13-də başlayıb.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya ilə görüşüb, baş verən zəlzələdə vəfat edənlərlə bağlı başsağlığını çatdırıb, zəlzələ nəticəsində vəfat edənlərin xatirəsinə Baş Konsulluqda açılan matəm kitabını imzalayıb.
Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunun Xanağa kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Yenidənqurmadan sonra istifadəyə verilən Xanağa kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 288 şagird yerlik məktəbdə 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 21 kompüter və 4 elektron lövhə quraşdırılıb. Binanın həyətində açıq idman qurğuları qoyulub, bufet və qazanxana tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib.
Ardını oxu... Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə mikrobit platformasını öyrətmək, kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə məktəblilər arasında “Kodunu yaz-layihəni yarat” muxtar respublika müsabiqəsi keçirilib. İki gün təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-VII və VIII-IX sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib. Muxtar respublika mərhələsində iştirak edən komandalar 1 müəllim və 2 şagird olmaqla 3 nəfərdən ibarət təşkil olunub.
Ardını oxu... |
|