Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində qalib olan Culfa rayon Əlincə kənd tam orta məktəbin müəllimi Səma Həsənlinin “Gənc mühasib şagirdlər” layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə, bildirib ki, XXI əsr insanına lazım olan bacarıqlardan biri də məhz maliyyə savadlılığıdır. Bu istiqanətdə aparılan təlimlər şagirdlərin gələcək fəaliyyətində gəlir və xərc, investisya, büdcədən düzgün istifadə kimi bir sıra əhəmiyyətli bacarıqların formalaşdırılmasına təkan verəcəkdir. Layihə rəhbəri Səma Həsənli bildirib ki, “Gənc mühasib şagirdlər” layihəsində məqsəd ümumtəhsil məktəblərində şagirdlərdə maliyyə səriştəsini düzgün formalaşdırmaq, maddi vəsaitlərdən səmərəli istifadə etməyi öyrətmək, həmçinin gələcək fəaliyyətləri üçün zəruri olan kariyera seçimində əmin və düzgün addımlar atmalarına təkan vermək və bununla da ölkənin maddi rifahını daha da yaxşılaşdırmaqdır.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin bank savadlılığı komandasının üzvü, layihə təlimçisi Aytac Axundova bildirib ki, “Gənc mühasib şagirdlər” layihəsi şagirdlərdə səmərəli maliyyə qərarları, düzgün maliyyə davranışları kimi bir sıra bacarıqların formalaşmasına təkan vermişdir.
Tədbirdə Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin müəllimi, layihənin eksperti Xədicə Məmmədova layihənin uğurla icra olunduğunu bildirib.
Daha sonra layihə çərçivəsində keçirilmiş təlimlərdən qısa videolar nümayiş olunub.
Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev layihənin hazırlanmasına göstərilən dəstəyə görə minnətdarlıq edib.
Tədbirin sonunda “Gənc mühasib şagirdlər” layihəsi çərçivəsində ilk 3 yerə layiq görülən şagirdlərə hədiyyələr, 22 şagirdə sertifikat, 9 nəfər şagirdə isə təşəkkürnamələr təqdim olunub.