Beynəlxalq turnirin qalibi olan gimnastlar mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının "Bədii gimnastika" bölməsinin 1 məşqçi müəllimi və 5 gimnastı Gürcüstanın Tblisi şəhərində "Gimnastika hamı üçün" beynəlxalq turnirdə qazandıqları uğura görə mükafatlandırılıblar.
Keçirilən tədbirdə məşqçi və gimnastları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Ölkəmizdə Bədii gimnastikanın inkişafından da danışan Rəhman Məmmədov qeyd edib ki, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünə göstərdiyi    diqqət və qayğı sayəsində bədii gimnastika yüksək inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü  tədbirlərin nəticəsidir ki, Azərbaycanda bədii gimnastika üzrə dünya və Avropa çempionatları keçirilib.

Ardını oxu...

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib

Olimpiada Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunub.
SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün  muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən  282 şagird qeydiyyatdan keçib.
Sinqapur Təhsil Nazirliyi tərəfindən keçirilən olimpiadada şagirdlərə 25 sual təqdim olunub ki,  onlardan 15 test,10-u açıqtiplidir.Test sualları  2, açıq tipli suallar isə  4 balla qiymətləndiriləcək. Olimpiada qaydalarına əsasən test suallarında hər bir səhv cavab bir balı aparır. Olimpiadada  şagirdlərə 90 dəqiqə vaxt ayrılıb.

Ardını oxu...

“31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda interaktiv dərs keçirilib

Martın 31-də Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqı­rımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib.
Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin Tarix müəllimi Azad Şirzadov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdı. Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin IV sinifində təhsil alan qız şagirdləri arasından müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
- Valideynin ərizəsi
- Təhsil aldığı məktəbdən arayış
- Sağlamlıq haqqında arayış (Forma 26.)
Sənədlər 03 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir.
Müsabiqə 27 may 2022-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, Riyaziyyat fənni üzrə 30, İngilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə 3 fəndən 70 sual təqdim olunacaqdır.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri:      (036) 545-03-47       (036) 545-23-62

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2023-2024-cü tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir

Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VI sinifində təhsil alan oğlan şagirdləri arasından müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
- Valideynin ərizəsi
- Təhsil aldığı məktəbdən arayış
- Sağlamlıq haqqında arayış (Forma 26.)
Sənədlər 3 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir.
Müsabiqə 3 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, Riyaziyyat fənni üzrə 25, Fizika fənni üzrə 25, İngilis dili fənni üzrə 15, Biologiya fənni üzrə 5, Coğrafiya fənni üzrə 5, Tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 7 fəndən 100 sual təqdim olunacaqdır.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Ünvan: Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Şərur şəhəri, Sabir küçəsi 26.
Əlaqə nömrəsi: (036) 542-30-76

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg