• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1204
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1204
mod_vvisit_counterBu ay46358
mod_vvisit_counterÜmumi2930497

Tarix: 23 Dek., 2024

“31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda interaktiv dərs keçirilib

Martın 31-də Xatirə muzeyindən “31 Mart-Azərbaycanlıların Soyqı­rımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib.
Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin Tarix müəllimi Azad Şirzadov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaqdı. Qeyd olunub ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər. Bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuş, 31 Martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması qərara alınmışdır.
Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Belə ki,  2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılmışdır.
Məktəblilərin diqqətinə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə növbəti təxribatı Azərbaycan Ordusunu əks-hücuma keçməyə məcbur etdi. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi, beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünün təminatı üçün bütün imkanlardan istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenitraket kompleksləri, radio elektron mübarizə vasitələrisıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi.Təbii ki, bu günədək əldə olunmuş nailiyyətlər, Azərbaycan əsgərinin gücü, onun döyüş hazırlığı, Ali Baş Komandan-xalq-ordu birliyindən qaynaqlanmışdı. Əgər Azərbaycan əsgəri hərtərəfli döyüş hazırlığına, yüksək vətənpərvərlik ruhuna malik olmasaydı, o zaman əlimizdəki müasir silahların da bir dəyəri olmayacaqdı.
Qeyd olunub ki, ermənilərin iki yüzillik əsassız iddialarının boşa çıxması, Vətən müharibəsində qazandığımız Tarixi Qələbə ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavabdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg