Ölkə başçısı tərəfindən təhsil sistemində yeni islahatların həyata keçirilməsi, bu istiqamətdə Dövlət proqramları və sərəncamların imzalanması, məktəblərdə yaradılan müasir tədris şəraiti təhsilin səviyyəsini yüksəldib.
Təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada da öz nəticələrini verir, məktəblilərin təhsilə, elmə olan marağı ildən -ilə artır. Mart ayının 1-dən, 15-nə dək ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri təhsillərini davam etdirmək üçün fəallıq nümayiş etdirib. Belə ki, Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla ümumtəhsil məktəblərini bitirən 3166 şagirddən, 3043-ü sənədvermədə iştirak edib ki, onlardan 2877-si ali, 166-sı isə orta ixtisas təhsili müəssisələrini seçib. Ümumilikdə sənəd qəbulunda məktəblilərin 96 faizi iştirak edib. Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qızlar və Şərur Şəhər Fizika –Riyaziyyat Təməyüllü liseylərini bitirən şagirdlərin 100 faizi ali məktəblərə sənədvermədə iştirak edib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sənəd qəbulunda şagirdlərə köməklik məqəsdilə bir sıra təşkilatı işlər də görülüb. Rayon (Şəhər) təhsil şöbələrində bu məqsədlə məsul şəxslər müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, ötən tədris ilində ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş, onlardan 2159-u, yaxud 76 faizi tələbə adını qazanmışdır. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı ötən ilə nisbətdə 36 faiz artmışdır. 254 nəfər isə 500-700 arasında bal toplamışdır. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olmuşdur.