Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər. Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın kompüter və 700-dən artıq elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur, 156 məktəbdə STEAM kabinələri yaradılıb.
Ardını oxu...
|
Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsilin də qarşısında mühüm vəzifələr qoyur. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bu sahədə ölkəmizdə mühüm tədbirlərhəyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur.
Ardını oxu... Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan Günel Quliyevanın "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edib. Bildirib ki, iki istiqamət üzrə nəzərdə tutulan layihədə məqsəd həm inklüzivlik, həm də məktəb-valideyn əlaqələrinin tənzimlənməsidir.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif şagirdlərinə Bеynəlхаlq Mülki Müdаfiə Təşkilаtının tаriхi, mülki müdаfiənin təşkil еdilmə prinsipləri, əhаlinin fövqəlаdə hаllаrа hаzırlаnmаsı istiqаmətində həyata keçirilən tədbirlər barədə məlumatlandırmaq məqsədilə interaktiv dərs keçirilib. Dərs Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Ardını oxu... 
Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər haqqında məlumatların verilməsi, ümumtəhsil məktəblərində pedaqoji təcrübələrin öyrənilməsi və təşkili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 3 aylıq təlimlərə start verilib. Təlimlərlə bağlı Naxçıvan Dövlət Texniki Kollecində ümumtəhsil müəsissələrində təcrübə keçən tələbələrlə görüş keçirilib. Görüşdə Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə təcrübəçi tələbələrin diqqətinə çatdırıb ki, nazirlik tərəfindən müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq kurslar, seminarlar və digər maarifləndirici tədbirlər təşkil olunur.
Ardını oxu... |
|