Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan Günel Quliyevanın "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edib. Bildirib ki, iki istiqamət üzrə nəzərdə tutulan layihədə məqsəd həm inklüzivlik, həm də məktəb-valideyn əlaqələrinin tənzimlənməsidir. Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev iştirakçıların diqqətinə çatdırıb ki, bu il Culfa rayonunda iki layihə qrant qazanıb. Onlardan biri də Günel Quliyevanın layihəsidir. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə qarşı yaranan mənfi situasiyaların aradan qaldırılması və bununla da onlar üçün sağlam psixoloji mühit yaratmaqdır.
Tədbirdə layihənin eksperti, V qrant müsabiqəsinin qalibi Xədicə Məmmədova keçirilən qrant layihələrin əhəmiyyətindən, innovativ müəllimlər üçün yaratdığı imkanlardan bəhs edib. Mövcud layihənin məqsəd və vəzifələri barədə məlumat verərək, uğurla həyata keçirildiyi üçün layihə rəhbərinə təbriklərini çatdırıb.
Layihə rəhbəri Günel Quliyeva layihə çərçivəsində görülən işlər barədə təqdimat edərək bildirib ki, Culfa rayon ümumitəhsil məktəblərində mövcud psixoloji mühiti araşdırmaq üçün 8 məktəbdə şagirdlərlə söhbətlər aparılmış və sorğu anketlər keçirilmişdir. Əldə olunan nəticələr əsasında təlim materialları hazırlanmış, məktəb psixoloqları və müəllimlər üçün təlimlər təşkil edilmişdir. Təlimlər Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun psixoloq və pedoqoqları eyni zamanda öz fəaliyyətində seçilən təlimçilər tərəfindən uğurla keçirilmişdir.
Dizə kənd orta məktəbinin psixoloqu Dünya Ağayeva keçirilən təlimlərin bundan sonrakı fəaliyyətlərində əhəmiyyətindən bəhs edib.
Sonda təlimlərdə iştirak edən məktəb psixoloqlarına və müəllimlərə sertifikatlar təqdim olunub.