Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı tədbir keçirilib

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində  tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, Prezident cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamı görkəmli elm xadiminin irsinin öyrənilməsi baxımından mühüm həmiyyət kəsb edir.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Kollegiya İclası keçirilib

Kollegiya iclasında ümumtəhsil məktəblərində məktəb sənədlərinin  işlənməsi, proqram materiallarının yerinə yetirilməsi, təlim-tərbiyyə işinin  təşkili, fizika, kimiya və biologiya fənlərinin tədrisi, kargüzarlıq işinin təşkili və  buraxılış imtahanlarına hazırlığın  vəziyyəti  ilə bağlı seçmə yolla aparılmış, monitorinqin nəticələri müzakirə edilmişdir.
Yekunda müzakirə olunan məsələlərlə bağlı qərar layihəsi oxunub və müvafiq qərarlar qəbul olunub.
Kollegiya iclasında muxtar respublikanın  təhsil müəssisələrinin direktorları iştirak edib.

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil naziririnin müavini Heyran Əhmədova muxtar respublikada kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, bu gün məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilmişdir.

Ardını oxu...

Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edildi

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də bu ənənə davam etdirilib. Bu məqsədlə aprelin 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov bidirib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi muxtar respublikada da Ölkə başçısının diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg