• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün500
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə500
mod_vvisit_counterBu ay45654
mod_vvisit_counterÜmumi2929793

Tarix: 23 Dek., 2024

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı tədbir keçirilib

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində  tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, Prezident cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamı görkəmli elm xadiminin irsinin öyrənilməsi baxımından mühüm həmiyyət kəsb edir. Qeyd olunub ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının  Kəngərli  rayonunun Şahtaxtı kəndində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. 1950-ci ildə aspiranturaya daxil olub, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
Qeyd olunub ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən – sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən  Zərifə xanım Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edib, 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.
Heyran Əhmədova bildirib ki, böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. O, bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının “Heydər Əliyev və Zərifə xanım: Mənəviyyat tariximizin örnəyi”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədovun “Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün yaşam etalonudur”, Qıvraq qəsəbə tam orta məktəbinin biologiya müəllimi Sevinc Səfərovanın “Azərbaycan tibb elminin parlaq səhifəsi – Zərifə Əliyeva”, Yurdçu kənd tam orta məktəbinin kimya müəllimi Gülnar İmranovanın “Zərifə xanım Əliyeva – səmimi insan, qayğıkeş və fədakar Azərbaycan alimi” mvzularında çıxışları dinlənilib.
Məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya həsr olunmuş şeirləri bədii qiraət ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg