• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün892
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə892
mod_vvisit_counterBu ay46046
mod_vvisit_counterÜmumi2930185

Tarix: 23 Dek., 2024

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir. Müsabiqənin əhəmiyyətindən danışan Heyran Əhmədova vurğulamışdır ki, mütaliə ilə məşğul olmaq, bədii ədəbiyyata maraq göstərmək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsinə, mədəniyyət və incəsənətimizin inkişafı və təbliğinə öz müsbət təsirini göstərməklə yanaşı şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmasına və daha da inkişaf etdirilməsinə stimul verir. Bu cür tədbirlərin təşkil edilməsi və gələcəkdə də ənənə halına çevrilməsi yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcək, xüsusəndə yazar olmaq və bu yolda yeni addımlar atmaq istəyən gənclərin mənəvi aləminin zənginləşməsinə, müstəqil, yaradıcı düşünən peşəkar yazıçı kimi formalaşmasına müsbət təsirini göstərəcəkdir.
Heyran Əhmədova bu cür müsabiqələrin davamlı olacağını qeyd etmiş və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
Qeyd edək ki, müsabiqədə münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparılmışdır. Müsabiqədə 30-dan artıq  şagird öz yaradıcılıq nümunələrini-şeir, hekayə, məqalə və esselərini təqdim etmiş, eyni zamanda yaradıcılıqla bağlı maraq və düşüncələrini yığcam olaraq tədbir iştirakçıları ilə bölüşmüşlər.
Sonda müsabiqənin gedişi və şərtləri haqqında danışan Asim Əliyev bildirib ki, şagirdlərin təqdim etdikləri yaradıcılıq nümunələrinin qiymətləndirilməsi zamanı onların yaş qrupu nəzərə alınaraq, düzgün intonasiya və aydın tələffüzlə ifa etmələri, eyni zamanda əsərin mövzusu və ideyası, mövzunun əhatəliliyi və fikirlərin tamlığı əsas götürülüb.
Vurğulanıb ki, hər bir yaradıcı insan sənət baxımından müxtəlifliyin nümayəndəsidir, fərdi baxışları, fərdi üslubları var. Ümumiyyətlə, yazar istənilən formada özünü sınaya bilər. Təfəkkür inkişaf etdikcə, baxışlar genişləndikcə şeirdən hekayə, imkanları geniş roman janrına keçmək tələbatı yaranır.Bu cür müsabiqələrin təşkil olunması ilə gənclər sırf öz yaradıcılığını təhlil etmək imkanı qazanırlar.
Nəticələrə əsasən nəsr əsərləri və şeir üzrə hər birindən 6 yer: I yer-1, II yer-2 və III yer-3sayda olmaqla, ümumilikdə 12 yer müəyyənləşdirilmiş, digər iştirakçılar isə həvəsləndirici yerlərə layiq görülmüşdür.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg