• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün865
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə865
mod_vvisit_counterBu ay46019
mod_vvisit_counterÜmumi2930158

Tarix: 23 Dek., 2024

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil naziririnin müavini Heyran Əhmədova muxtar respublikada kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, bu gün məktəb kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilmişdir. Bildirilib ki, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlər arasında mütaliə vərdişlərinin aşılanması, məktəbin pedaqoji kollektivinə elmi, pedaqoji və ictimai, publisistik və metodiki təcrübə sahəsində xidmətlərin göstərilməsi və dövrü mətbuat yeniliklərinin yayılması kimi vəzifələri icra edir. Bu gün keçirilən konfransın da əsas məqsədi təhsil müəssisələrində kitabxanaların bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
Konfransda Babək Rayon Təhsil Şöbəsinin metodik kabinet müdiri Nazlı Nəcəfovanın “Şagirdlərin təhsilinin və ümumi dünyagörüşünün  inkişafında məktəb kitabxanasının rolu”, Naxçıvan Şəhər 14 nömrəli tam orta məktəbin  kitabxana müdiri Nabat Mirzəyevanın “Kitabxanaçının  fəaliyyətinin əsasları”, Ordubad Rayon Üstüpü  kənd tam orta məktəbinin  kitabxana müdiri Sevinc Bayramlının  “Kitabxana işinin təşkili” mövzularında çıxışları dinlənilib.
Qeyd edək ki, “Mütaliə aylığı” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün  təlim-seminarlar da keçiriləcək. İlk olaraq 5 apreldən başlayaraq kitabxanaçılar üçün   3 günlük təlimə start verilib. Təşkil olunan təlimdə  əsas məqsəd ümumtəhsil məktəblərində  kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, kitabxanaçıları  müasir texnologiyalarla tanış etməkdən ibarətdir. Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarə olunması, eloktron kataloqun yaradılması və istifadə üsulları  barədə məlumat veriləcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg