• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün850
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə850
mod_vvisit_counterBu ay46004
mod_vvisit_counterÜmumi2930143

Tarix: 23 Dek., 2024

Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edildi

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də bu ənənə davam etdirilib. Bu məqsədlə aprelin 3-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov bidirib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi muxtar respublikada da Ölkə başçısının diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir. Nazir qeyd etmişdir ki, kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər Heydər Əliyev daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini bildirmişdir. Bildirilmişdir ki, yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də ümummilli liderin bu dəyərli fikirlərini əsas tutaraq həmçinin   mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir. Təkcə ötən il keçirilən “Mütaliə aylığı”nda 20 mindən artıq şagirdin aylıq çərçivəsində keçirilən tədbirlərə cəlbinə nail olunmuşdur. Qeyd olunmuşdur ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrinin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir.
Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırmışdır ki, təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Bu ay çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir. Belə ki, ay daxilində şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək, “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans, ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün kurs təşkil ediləcək, kitab bağışlama aksiyası, kitab müzakirələri, görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər, yazıçı və şairlərlə şagirdlərin görüşü və muxtəlif müsabiqələr  keçiriləcəkdir. Bildirilib ki, həmçinin  “Mütaliə aylığı” çərçivəsində  şəhər, rayon təhsil şöbələri tərəfindən “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” mövzusunda tədbirlərin  keçirilməsi nəzərdə tutulub.
Tədbirdə Naxçıvan şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Gülxarə Tarverdiyeva  “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin  kitabxana müdiri Fərhadə Hüseynova “Şagirdlər arasında mütaliyəyə marağın yaradılm
asında məktəb kitabxanasının rolu”,     Heydər Əliyev adına tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Nurlana Quliyeva “Kitab və mütaliənin mənəvi inkişafımızda rolu” mövzularında  çıxış edib, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg