• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1185
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1185
mod_vvisit_counterBu ay46339
mod_vvisit_counterÜmumi2930478

Tarix: 23 Dek., 2024

“Sabahın müəllimi” layihəsi çərçivəsində təlimlərə start verilib

Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə  təhsildəki yeniliklər  haqqında məlumatların   verilməsi, ümumtəhsil məktəblərində pedaqoji  təcrübələrin öyrənilməsi və təşkili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 3 aylıq təlimlərə start verilib. Təlimlərlə bağlı Naxçıvan Dövlət Texniki Kollecində  ümumtəhsil müəsissələrində  təcrübə keçən tələbələrlə görüş keçirilib.
Görüşdə Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə təcrübəçi tələbələrin diqqətinə çatdırıb ki, nazirlik tərəfindən müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq kurslar, seminarlar və digər maarifləndirici  tədbirlər təşkil olunur.
“Sabahın müəllimi” layihəsi çərçivəsində təşkil olunacaq  təlimlərdə də nazirliyin əməkdaşları  və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının təlimçiləri tərəfindən  təcrübəçi tələbələrə  müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsinə uyğun olaraq onların  hüquqi savadlılığının artırılması, fənn kurikulumlarının tətbiqi, pedaqoji  və psixoloji kompetensiya mövzularında  məlumatlar veriləcək.
Tədbirdə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım  Orucovanın  “Müasir müəllim necə olmalıdır”, Naxçıvan  Şəhər Təhsil Şöbəsinin  metodkabinet müdiri Gülxarə Tarverdiyevanın  “Layihə çərçivəsində keçiriləcək təlimlər”, Şahbuz Rayon Ağbulaq  kənd tam orta məktəbinin  ingilis dili  müəllimi, prezident təqaüdçüsü Nigar Mirzəməmmədovanın  “Müəllim nümunəsi” mövzularında çıxışları dinlənilib.
Qeyd edək ki,  6 mart -29  may  tarixləri arasında təşkil olunacaq təlimlərdə  Naxçıvan Dövlət və “Naxçıvan” univeristetlərinin, Naxçıvan Müəllimlər İnistitutunun  sonuncu kurslarında pedaqoji profilli ixtisaslarda  təhsil alan  və ümumi təhsil müəssisələrində   təcrübə keçən 700-dən artıq    tələbənin iştirakı nəzərdə tutulub. Təlimi uğurla başa vuran  tələbələrə “Sabahın müəllimi” layihəsi  iştirakçısı  sertifikatı təqdim olunacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg