Liseyə şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin VII sinifində təhsil alan oğlan və qız şagirdləri arasından müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
- Valideynin ərizəsi
- Təhsil aldığı məktəbdən arayış
- Sağlamlıq haqqında arayış (Forma 26.)
Sənədlər 03 aprel 2023-cü il tarixdən 15 may 2023-cü il tarixə qədər saat 9:00-dan 18:00-dək Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə qəbul ediləcəkdir. Sənəd qəbulu zamanı şagirdin iştirakı zəruridir
Müsabiqə 10 iyun 2023-cü il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 15, Riyaziyyat fənni üzrə 15, Fizika fənni üzrə 10, İngilis dili fənni üzrə 10, Kimya fənni üzrə 20, Biologiya fənni üzrə 20, Coğrafiya fənni üzrə 5, Tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 8 fəndən 100 sual təqdim olunacaqdır.
Muxtar respublika üzrə 30 qız, 30 oğlan olmaqla, ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Ünvan: Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi.
Əlaqə nömrəsi: (036) 550-50-16