• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1218
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1218
mod_vvisit_counterBu ay46372
mod_vvisit_counterÜmumi2930511

Tarix: 23 Dek., 2024

Bu günün məktəbli ixtiraçıları, gələcəyin alimləri

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin tələblərinə uyğun təhsil sistemi formalaşıb. Bu təhsil sistemində gənc nəsil gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlanır, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılır, beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanır, yüksək peşə bacarıqlarına malik insan kapitalı yaradılır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” respublika müsabiqəsi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf etdirilməsində mühüm rol oynayır. Məlumat üçün bildirək ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb. 2023-cü ildə də “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya olmaqla, 39 layihə üzrə tədqiqat aparır. “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı olan Naxçıvan məktəbliləri bir sıra dünya və respublika əhəmiyyətli müsabiqələrdə iştirak edərək uğurlar əldə edirlər. Bu yaxınlarda Bakı şəhərində keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində də məktəblilərimiz müxtəlif layihələr üzrə nailiyyətlər qazanıblar. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri, “Sabahın tədqiqatçıları” layihəsinin icraçı rəhbəri Gülxanım Orucova ətraflı məlumat verdi: Müsahibim bildirdi ki, 2019-cu ilin noyabr ayından başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi icra olunur. Bu layihədə məqsəd istedadlı şagirdlərin aşkar olunması və şagirdlərin müxtəlif müsabiqələrdə iştirakının təmin edilməsidir. İlk dəfə 2020-ci ildə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri “Sabahın alimləri” IX respublika müsabiqəsində 2 komanda şəklində 4 şagird riyaziyyat üzrə iştirak edərək III yerin qalibi olub. 2021-ci ildə Naxçıvandan 4 layihə təqdim edilib və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi onlayn formatda keçirilən “Sabahın alimləri” X respublika müsabiqəsində biologiya üzrə III yerin qalibi seçilib. Müsabiqədə iştirak edən digər şagirdlər də müsabiqənin 10 illik diplom və medallarına layiq görülüblər. Həmin il 4 layihə ilə müsabiqəyə qoşulan şagirdlərdən 3-ü beynəlxalq sertifikatlara layiq görülüb. Bu il isə “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri” XII respublika müsabiqəsinə 8 müxtəlif istiqamət üzrə 7 layihə təqdim edib, onlardan 6-sı final mərhələsinə vəsiqə qazanıb. 13-15 fevral tarixlərini əhatə edən müsabiqənin yekun nəticələrinə əsasən Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və Jalə Bayramova riyaziyyat nominasiyası üzrə II yerə layiq görüldülər. Şagirdlərin elmi rəhbəri Adil Abdullayev, mütəxəssis alim isə Bəhman Məmmədovdur. Müsabiqədə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Asya Əliyeva “Darıdağ sürmə filizindən kosmetik sürmənin alınması”, Naxçıvan Qızlar Liseyinin şagirdi Cansu Cəlilova isə “Naxçıvan Muxtar Respublikasında zəfəranın yetişdirilməsi və introduksiyası” layihələrinə görə beynəlxalq diplomlara layiq görülüblər. Ötən günlərdə Naxçıvan Şəhər Kimya Biologiya Təmayüllü Liseydə “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçıları ilə görüş keçirildi, onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olundu. “Sabahın alimləri” XII respublika müsabiqəsində fərqlənməyi bacaran məktəblilərlə həmsöhbət olduq.
Cansu Cəlilova- 2007-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Qızlar Liseyinin 10-cu sinfində təhsil alır. O bizimlə söhbətində dedi: – Elmi rəhbərimlə birgə hazırladığımız zəfəran bitkisinin yetişdirilməsi və introduksiyası haqqındakı məqalə Rusiyada 1-ci dərəcəli diploma layiq görüldü. Bu layihəni “Sabahın alimləri” XII respublika müsabiqəsinə təqdim etdik və burada Vitro-biologiya Cəmiyyətinin sertifikatına layiq görüldük. Əlbəttə ki, bu uğurlar gələcəklə bağlı məni daha da həvəsləndirir, böyük stimul verir. Hazırda IV qrup üzrə universitetə hazırlaşıram, arzum həkim olmaqdır.
Surə Ələkbərova 2008-ci ildə Babək şəhərində doğulub. Hazırda Naxçıvan Qızlar Liseyində təhsilini davam etdirir: – Ötən il “Sabahın tədqiqatçıları” layihəsi üzrə hazırladığımız məqalə “Gənc alim” jurnalında dərc olunub, “Mənim dilim, mənim dostum” adlı olimpiadada I yerə layiq görülərək “Qızıl” medal,1-ci dərəcəli diplom ilə mükafatlandırılmışam. 2021-2022-ci tədris ilində IX sinfi qırmızı şəhadətnamə ilə bitirmişəm. Naxçıvan şəhərində keçirilən olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib adını qazanıb, respublika fənn olimpiadasında bu fənn üzrə III yerə layiq görülmüşəm. “Sabahın alimləri” müsabiqəsində iştirakımın mənim üçün böyük təcrübə olacağını düşündüm. Riyaziyyat fənnini sevdiyim üçün bu nominasiya üzrə müsabiqədə iştirak etdik və II yerə layiq görüldüm. Orada iştirak zamanı müxtəlif ixtisaslar üzrə professor-alimlərlə tanış oldum, bilmədiklərimi öyrəndim, yeni məlumatlar əldə etdim. Gələcəklə bağlı planlarım III ixtisas qrupu üzrə imtahan verib, Hüquq fakültəsinə qəbul olmaq və xaricdə əlavə təhsil almaqdır.
Jalə Bayramova 15 mart 2007-ci ildə Naxçıvan şəhərində anadan olub. Hazırda Naxçıvan Qızlar Liseyinin X sinif şagirdidir. Onun dediklərindən: – Naxçıvan Qızlar Liseyinə qəbul olmamışdan əvvəl Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alırdım. IV sinifdə oxuyarkən liseyə giriş üçün imtahan verərək yüksək bal toplayaraq orada təhsil almağa haqq qazandım. Liseydə oxuduğum müddətdə bu günədək imtahanlarda yüksək nəticələr əldə edərək bütün sinifləri əlaçı olaraq bitirmişəm. Buraxılış imtahanında yüksək nəticə toplayaraq fərqlənmə attestatına layiq görülmüşəm. Ötən il dekabrın 27-də Bakı Mühəndislik Universitetində riyaziyyat fənni üzrə elm-layihə yarışmasında I yerə layiq görülüb “Qızıl” medal və sertifikatla təltif edilmişəm. Həmçinin “Sabahın tədqiqatçıları” layihəsində iştirak edərək bu yaxınlarda keçirilən onlayn kimya olimpiadasında I yer tutub qızıl medal almışam. Bu il keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində sinif yoldaşım Surə Ələkbərova ilə birgə hazırladığımız tərəflərinə görə daha özəl üçbucaqlar layihəsi ilə riyaziyyat nominasiyası üzrə II yerə layiq görülüb gümüş medal, diplom və sertifikatla mükafatlandırılmışıq. Jalə müsabiqədə iştirakı ilə bağlı geniş şəkildə məlumat verərək dedi: – Aşağı siniflərdən riyaziyyat fənninə olan marağım məni bu müsabiqəyə riyaziyyat fənni üzrə qatılmağa daha da həvəsləndirdi və sinif yoldaşımla birgə layihə hazırlayıb qeydiyyatdan keçdik. 70-ə yaxın riyaziyyat layihəsi içərisindən 18-i finala keçməyə haqq qazandı ki, elə bunlardan biri də məhz bizim layihəmiz idi. Bakıda layihəmizi əlimizdən gəldiyi qədər aydın və anlaşıqlı şəkildə izah etməyə çalışdıq. Layihəmiz münsiflər tərəfindən çox bəyənildi və nəticədə, uğur qazandıq. Bunu da qeyd edim ki, layihəmiz yalnız münsiflər tərəfindən deyil, orada iştirak edən şagirdlər, müəllimlər, sərgiyə dəvət olunan valideynlər və digər şəxslər tərəfindən də çox yaxşı qarşılandı. Stendimizin önündən keçən hər kəs layihəmizə maraqla yaxınlaşır və bizdən layihə haqqında məlumat istəyirdi. Mən düşünürəm ki, orada iştirakımız, əldə etdiyimiz nailiyyət elə gələcək uğurlarımızın açarı olacaq. Orada iştirak edib, həmin atmosferdə olub üstəlik də qalib olaraq geri dönmək çox yaxşı bir hiss idi. Mən hazırda IV qrup üzrə ali məktəbə qəbul olmaq üçün hazırlaşıram və əsas məqsədim həkim olub insanlara həyatı yenidən bəxş etməkdir.
Asya Əliyeva 2007-ci il avqustun 3-də Naxçıvan şəhərində doğulub. Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdidir: – IX sinfi fərqlənmə attestatı ilə bitirmişəm. Həmçinin IX sinifdə oxuyarkən Naxçıvanda keçirilən olimpiadada kimya fənni üzrə III yerin qalibi olmuşam. 2021-2022-ci tədris ilində “Sabahın tədqiqatçıları” layihəsində kimya fənni üzrə iştirak edib, Məktəbli və tələbələrin IV Ümumrusiya distant elmi-praktik konfransında 3-cü dərəcəli diplomla mükafatlandırılmışam. Bu layihə bizə bilik və bacarıqlarımızı ortaya çıxarmağa, onu elmi şəkildə təqdim etməyə imkan yaratdı. Bakı şəhərində keçirilən “Sabahın alimləri” respublika müsabiqəsində elmi rəhbərim ilə birgə kimya kateqoriyası üzrə hazırladığımız “Darıdağ sürmə filizindən kosmetik sürmənin alınması” məqaləsi ilə iştirak etdik. 468 layihə arasından 163 layihə seçildi ki, onlardan biri də mənim layihəm oldu və beynəlxalq sertifikata layiq görüldüm. Müsabiqədə iştirak etməklə yeni layihələrlə tanış oldum, dünyagörüşümü daha da artırdım. Hər kəsin böyük ümidlərlə baxdığı məktəbli ixtiraçılarımız inanırıq ki, gələcəyin yenilikçi alimi kimi Azərbaycanın adını elm sahəsində yüksəldəcəklər. Beynəlxalq arenada ölkəmizi layiqincə tanıdacaq, əldə etdikləri nailiyyətlərlə bundan sonra da bizi sevindirəcəklər!.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg