Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Kəngərli Rayon Mədəniyyət Sarayında tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şahtaxtı kəndində görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən də Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Bildirilib ki, bu günkü tədbir də görkəmli alimin ömür yolunun və çoxşaxəli fəaliyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təhsil naziri iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Vurğulanıb ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi.
Qeyd olunub ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ölkə üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparıb.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxışında dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz sanballı möhürünü vurub. Bildirib ki, Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın xarakterinin əsas cizgiləridir.
Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının “Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti”, Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədovun “Zərifə Xanım Əliyevanın ömür yolu şagirdlərimiz üçün əsl nümunədir” mövzularında çıxışları da dinlənilib.
Tədbirin bədii hissəsində Kəngərli Rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunan şeirlər bədii qiraət edib, mahnı və musiqi nömrələri ilə çıxış ediblər.