Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva haqqında məktəblilərə ətraflı məlumat verib.
Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa-yazı müsabiqəsində Kəngərli rayon məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird iştirak edib.
Müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Sonda qaliblərə diplomlar taqdim edilib.