• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün537
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə537
mod_vvisit_counterBu ay45691
mod_vvisit_counterÜmumi2929830

Tarix: 23 Dek., 2024

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Elxan Babayev bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Bu günki müsabiqənin keçirilməsində məqsəd “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” nün qeyd edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi abidələrinin tanıdılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Həmçinin baş məsləhətçi muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən dərnək üzvlərinə uğurlar arzulamışdır.
Müsabiqədə dərnək üzvləri kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, quaş, akvarel, akril, yağlı boya və s. vasitələrdən istifadə etməklə 2 saat müddətində muxtar respublikanın tarixi abidələrini əks etdirən rəsmlər çəkiblər.
Müsabiqənin sonunda dərnək üzvlərinin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Zamanova Günay Oqtay qızı I yerə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Kazımova Zenfira Nəsir qızı və Həsənova Gülnur Samir qızı II yerə, Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Əliyeva Səma Ramil qızı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Nəsirov Həsən Fərid oğlu və İsmayılova Sara Elsevər qızı III yerə layiq görülüb. Bundan başqa müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Rəhimova Südabə Vüqar qızı, Əsədov Sənan Xalıqverdi oğlu, Haqverdizadə Nurçin Ramil qızı, Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Tarverdiyeva Maral Yunis qızı, Dadaşova Fatimə Zaur qızı və Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvü Kəngərli Zeynəb Ramin qızı   həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqənin qalibləri Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg