Sürətlə dəyişən, yenilənən dünyamız davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün bilik iqtisadiyyatının, innovasiya cəmiyyətinin, rəqabətə davamlı yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını qarşıya əsas məqsəd kimi qoyur. Məhz ölkəmizdə son illərdə reallaşdırılan təhsil siyasətinin əsasında da daha keyfiyyətli insan kapitalının formalaşdırılması sahəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradılması, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrların hazırlanması dayanır. Bu mənada “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Mühüm dövlət sənədi əsasında hazırlanan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ən müasir təcrübə və biliklərin inteqrasiyasına əlverişli zəmin yaratmaqla ölkəmizin tərəqqisinə töhfə baxımından mühüm vədlər verir.
Dövlət Proqramının müddəalarına nəzər yetirdikdə aydın olur ki, əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Proqramın başlıca fəaliyyət yönləri sırasında prioritet istiqamətlər üzrə ixtisas sahələrinin, prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının, Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi, Dövlət Proqramı məzunlarının məşğulluğunun təmini imkanlarının yaradılması nəzərdə tutulub.
5 illik proqram üzrə hər il 400 gəncin xarici ölkələrə təhsil almağa göndərilməsi nəzərdə tutulub. Qəbul zamanı üstünlük magistr təhsil pilləsinə veriləcək. Hər il xaricdə oxumağa gedəcək 400 nəfərin 325-i magistr, 75-i isə bakalavr təhsili üzrə nəzərdə tutulacaq. Gənclər 15 prioritet istiqamət üzrə xaricdə təhsil ala biləcəklər. Prioritet sahələr isə belə müəyyənləşdirilib: informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı. 2022-2026-cı illəri əhatə edən Dövlət proqramı tam təqaüd verir və təhsil, viza, təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılayır.
Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavr təhsili üçün meyarlarda müəyyənləşib. Bu təhsil pilləsi üzrə seçim zamanı üstünlük beynəlxalq olimpiadada qalibi olan gənclərə veriləcək. Bu şəxslər universitetə müraciət sənədini, dil sertifikatını və digər sənədləri təqdim etməklə müsahibədən kənar, birbaşa xaricdə təhsil alma şansı qazanacaqlar. Digər iştirakçılardan fərqli olaraq, beynəlxalq olimpiada qaliblərindən DİM imtahan nəticəsi tələb edilməyəcək. Müraciətçi 11-ci sinifdə olmalı və ya tam orta təhsil almalıdır. Xarici ali təhsil müəssisəsinə qəbul olunmaq, ixtisasın Azərbaycan Elm Təhsil Nazirliyinin müəyyənləşdirdiyi prioritet sahəyə və ali məktəbə uyğunluğu, xarici ali təhsil müəssisəsinin tədris dilini ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMƏR) malik olmaq da ümumi meyarlara aiddir. Həmçinin müraciətçi tələbə qəbulu üzrə aparılan imtahanlar çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplamalıdır. Proqrama müraciətlər elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Lakin elektron ərizəni doldurmağa başlamazdan əvvəl müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamaq tövsiyə olunur.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələrlə bərabər təhsilə göstərdiyi diqqət və qayğısı nəticəsində muxtar respublikada da təhsilin səviyyəsi xeyli yüksəldilib. Şagirdlərin keyfiyyətli təhsili üçün istər müasir təlim metodlarından istifadə, istərsə də onların beynəlxalq müsabiqə və olimpiadalarda iştirakı, uğur qazanmaları məktəblilərdə dünyanın beynəlxalq nüfuzlu univeristetlərində təhsil almalarına maraq oyadıb. SAT və IELTS imtahanlarından yüksək nəticə göstərərək Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin məzunu Vəli Mustafasoylu 2021-ci ildən Amerikanın Michigan State University və Gettysburq universitetlərində mühəndislik, Şərur Şəhər 2 nömrəli tam orta məktəbin məzunu Sevinc Mirzəyeva isə 2020-ci ildən New York, Geneva Hobart, William Smith Colleges ali təhsil ocağında Beynəlxalq əlaqələr ixtisaslarında təhsil alırlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi istedadlı, intelektual səviyyəsi yüksək olan şagirdlərin xaricdə təhsil almaları məqsədilə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə proqramın mahiyyəti, gələcəkdə gənclərin əmək bazarında iş tapmaları və ölkəmizdə yüksək potensiallı kadr tərkibinin zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bunun üçün tədris ilinin əvvəlindən həmin şagirdlərin beynəlxalq səviyyəli dil proqramları üzrə əlavə məşğələlərə cəlb olunmasının təhsil müəssisələri tərəfindən diqqətdə saxlanılması tapşırılıb. Həyata keçirilən maarifləndirmə işlərinin nəticəsidir ki, bu günə kimi muxtar respublikada IX siniflər üzrə 7, X siniflər üzrə 11, XI siniflər üzrə isə 20 olmaqla, ümumilkdə 38 şagird proqrama cəlb olunub. Həmin şagirdlərdən 13-ü artıq keçirilən imtahanlarda iştirak edib, 2-si IELTS, 2-si SAT, 3 -ü isə həm IELTS, həmdə SAT üzrə keçid balını toplayıb. Ümid edirik ki, bu gənclərimiz növbəti tədris illərində Dövlət Proqramı ilə müəyyənləşdirilən əsas prioritet istiqamətlər üzrə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olacaq və Dövlət Proqramından yararlanacaqlar. Qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir, gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Nail ƏSGƏROV