• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün535
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə535
mod_vvisit_counterBu ay45689
mod_vvisit_counterÜmumi2929828

Tarix: 23 Dek., 2024

Ordubad rayon İnternat tam orta məktəbinin komandası “Sərhəd” hərbi-idman oyunlarının qalibi olub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 4-dək final mərhələsində mübarizələrini davam etdirmişlər. Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 16 komanda iştirak etmiş, onlardan 6-sı zona mərhələsinə vəsiqə qazanmışdı. Zona mərhələsində isə Ordubad İnternat tam orta məktəbinin komandası qalib kimi, final mərhələsində  muxtar respublikanı təmsil etmişdir. Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş еtdirmişlər.
Final mərhələsinin yekunlarına əsasən Ordubad rayonunun İnternat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yerin qalibi olmuşdu.
May ayının 4-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulamışlar.
Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışlar.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilmiş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilmişdi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg