• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün447
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə447
mod_vvisit_counterBu ay45601
mod_vvisit_counterÜmumi2929740

Tarix: 23 Dek., 2024

“Mütaliə aylığı”na yekun vurulub

Mayın 1-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Qeyd olunub ki, dövlətimiz tərəfindən muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir. Muxtar respublika məktəblərində yaradılan şəraitin şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açdığını bildirən təhsil naziri qeyd etmışdır ki, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir. Tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi baxımından 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir.Cari tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq aprel ayı ərzində müxtəlif tədbirlə rkitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, şagirdlərlə şair və yazıçıların görüşləri, konfrans, dəyirmi masa və görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər və digər tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərə ümumilikdə 20 mindən çox şagird cəlb olunmuşdur. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurslar da təşkil olunmuşdu.
Rəhman Məmmədov qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini vermişdir.
Təhsil naziri “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik etmişdir.
Bədii hissə ilə davam edən tədbirdə məktəblilər Ümummilli lider Heydər Əliyevə həsr olunan şeirləri bədii qiraət ediblər. Həmçinin “Məktəblilərin dram müsabiqəsi”ndə I, III yerin yerin qalibləri tərəfindən tamaşalar nümayiş olunub, “Məktəblilərin milli, musiqi və rəqs müsabiqəsi”nin, “Gənc istedadlar” müsabiqəsinin  I yerlərinin qaliblərinin çıxışları olub.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri  elm, təhsil, məktəb, müəllim,  kitab və mütaliə haqqında fikirlər səsləndiriblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg