• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün392
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə392
mod_vvisit_counterBu ay45546
mod_vvisit_counterÜmumi2929685

Tarix: 23 Dek., 2024

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib

Mayın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Gənclik Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbir iştirakçıları  “Heydər Əliyev və Azərbaycan təhsili” filminə baxıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.
Aparılmış məqsədyönlü siyasət nəticəsində 14 il ərzində Azərbaycanda 350000-dən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1200-dən 1875-ə, peşə məktəblərinin sayı 84-dən 173-ə çatdırılıb. Bütün pillələrdən olan təhsil müəsissələrinin maddi-texniki bazası möhkəmləndirilib. Bu dövrdə yüksək inkişaf müstəvisinə çıxan iqtisadiyyatın tələblərinə uyğun olaraq ali məktəblərin strukturunda da müəyyən dəyişikliklər aparılıb, milli kadr hazırlığına diqqət artırılıb. 14 il ərzində respublikanın ali məktəblərində 100-dən artıq yeni ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. “Azərbaycandan kənarda təhsil” adı ilə formalaşan və işlək mexanizmə çevrilən təhsil sistemi sayəsində hər il 1000-ə yaxın gənc ölkəmizdən kənarda təhsil almağa göndərilib. 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000-dən çox azərbaycanlı gənc ali təhsil alıb.
Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Yeni məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
Qeyd olunub ki, əsası ulu öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsilə də  göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyasının  ölkə başçısı tərəfindən uğurla həyata keçirildiyini bildirən təhsil naziri vurğulayıb ki,  müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.
Rəhman Məmmədov bildirib ki, ölkə başçısı tərəfindən təhsilə göstərilən diqqət və qayğı öz nəticəsini vermiş, ümumtəhsil məktəblərini bitirən şagirdlər qəbul imtahanlarında yüksək nəticə göstərmişdilər. Ötən tədris ilində də ümumtəhsil məktəblərini bitirən məzunlardan 2101-i, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunların buraxılış və qəbul imtahanlarındakı nəticələri əvvəlki illə müqayisədə xeyli yüksəlmişdir. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşmış, 600-700 arası bal toplayan məzunların sayı ötən ilə nisbətdə 36 faiz artmışdır. 254 nəfər isə 500-700 arasında bal toplamışdır. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləri olmuşdur.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Univeristetinin  rektoru Anar Kazımov, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova çıxış edərək bildiriblər ki, dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tuturdu.  Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə yeni ali təhsil müəssisəsi açıldı,  ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi.
Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq- Gənclər  Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və Naxçıvan Şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları  ümumilli liderə həsr olunan şeirlər bədii qiraət edib, bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg