• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün461
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə461
mod_vvisit_counterBu ay45615
mod_vvisit_counterÜmumi2929754

Tarix: 23 Dek., 2024

Məktəblilər arasında EDU Drone müsabiqəsi keçirilib

İyunun 9-da  Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təhsili üzrə ilk dəfə olaraq məktəblilər arasında Edu Drone müsabiqəsi keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan  Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodu və bu istiqamət üzrə bugünədək keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Qeyd olunub ki, STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir, gələcəyin mütəxəssisləri kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər. Bildirilib ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür. Təhsil naziri diqqətə çatdırıb ki, bu sahədə görülən işlərə nəzər yetirdikdə bir daha əminliklə deyə bilərik ki, STEAM təhsilinin tətbiqi ilə bağlı Naxçıvanda ardıcıl tədbirlər həyata keçirilib, yeni-yeni uğurlar əldə olunub. Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub. 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Naxçıvanda 400-dən  artıq müəllim STEAM təlimlərinə, 19 minə  yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub və uğurlu nəticələr qazanıblar. Bu isə onun göstəricisidir ki, Naxçıvanda STEAM təhsili uğurla tətbiq olunur.
Daha sonra nazir və tədbir iştirakçıları şagirdlərin müsabiqə sahəsi üçün kodlaşdırdıqları dronların uçuş sahəsi ilə tanış olublar. Şagirdlər müsabiqə qaydalarına uyğun olaraq manual və avtonom idarəetmə ilə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqədə ümumtəhsil müəssisələrindən 21 komanda olmaqla 42 şagird və 21 layihə rəhbəri iştirak edib. Müsabiqə xüsusi menələrin olduğu və ətrafı torla örtülü olan qapalı sahədə aparılıb. Məqsəd şagirdlərə dronların imkanlarını və üstünlüklərini araşdırmağa təşviq etmək, dronların idarə olunmasına, bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Şagirdlər dronları həm manual həm də kod yazaraq müəyyən edilmiş maneələrdən keçirərək, dron arenasında dronların qalxmağı və enməyi, havada qalmağı, mövqeləri maneəsiz keçməyini tətbiq ediblər.
Müsabiqə iki mərhələdə təşkil olunub. Yarışa hazırlıq üçün 5 dəqiqə, yarışa isə 3 dəqiqə vaxt verilib. Müsabiqədə qaydalara uyğun olaraq yarışa qalxış platformasından başlayaraq göstərilmiş trayektoriya üzrə fiqurları maneəsiz keçən və eniş platformasında yarışı vaxtında bitirən komanda topladığı bala görə yarışın qalibi müəyyən edilib. Hər fiquru keçmək və düzgün eniş platformasına enmək 10 bal intervalı ilə qiymətləndirilib.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatları və medalla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg