• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün295
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə295
mod_vvisit_counterBu ay45449
mod_vvisit_counterÜmumi2929588

Tarix: 23 Dek., 2024

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə  193 min 447 dərsliyin sifarişi verilmişdi. Avqust ayını əvvəllərindən başlayaraq sifariş verilən dərsliklərin  və müəllimlər üçün metodiki vəsaitlərin  muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
Sentyabrın 13-dən isə  muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin, müəllimlər üçün isə metodiki vəsaitlərin paylanılmasəna başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Bu tədris ilində ümumtəhsil məktəblərinin  IV,VIII, XI siniflərində istifadə olunacaq  üçün bütün  dərsliklər və VI sinif “Təbiət” dərsliyi yeni nəşrlərdir. Qeyd edək ki, ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları üçün seminarlar keçirilib, sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.
Vaxtında və pulsuz paylanan dərs vəsaitləri bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Məlumat üçün bildirək ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilmişdir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə biliklərə daha dərindən yiyələnmək və təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etməkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg