• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün243
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1135
mod_vvisit_counterBu ay45397
mod_vvisit_counterÜmumi2929536

Tarix: 23 Dek., 2024

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Muxtar respublikada da bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   15 sentyabr- Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi Aparatının əməkdaşı Pənah Mehdiyev ölkəmizdə digər sahələr kimi təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, dövlət hər zaman qayğıya ehtiyacı olan ailələrə diqqət ayırır, onların problemləri ilə yaxından maraqlanır. Həmçinin sosial vəziyyətindən asılı olmayaraq, hər bir şəxsin təhsil almasında yaxından iştirak edir. Ölkəmizin digər bölgələrində olduğu kimi, muxtar respublikada da mütəmadi olaraq sosial əhəmiyyətli tədbirlər həyata keçirilir. Vurğulanıb ki, ölkə başçısı tərəfindən muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da əzmkarlıq və səy göstəriləcək. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxışlarında qeyd ediblər ki, muxtar respublikada bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, şəhid və qazi uşaqlarının asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Çıxış edənlər uşaqları Bilik Günü münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar. Valideynlər adından çıxış edən Mətanət Hüseynova muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Qeyd edək ki, sosial qayğıya ehtiyacı olan 896 uşağa, o cümlədən 500 sağlamlıq imkanları məhdud uşaq, 396 aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli, çoxuşaqlı ailələr və qazi uşaqlarına məktəbli formaları və dərs ləvazimatları verilib. Həmin gün aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib, sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg