Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təlim-Tədris Mərkəzində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında arasında ilk dəfə olaraq "Micro: bit CODING" və "Sosial texnologiyalar” müsabiqələri keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfov bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub. 154 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Bu sahədə müəyyən işlər görülsədə məktəblərdə bu fənnin tədrisi lazımi səviyyədə aparılmayıb, müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində lazımi tədbirlər həyata keçirilməyib.
Qeyd olunub ki, cari tədris ilində STEAM təhsilinin istiqaməti inkişafı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqələr genişləndiriləcək, müəllimlərin kurslara cəlbi, STEAM kabinələrində avadanlıqların təminatı yüksəldiləcək. Elxan Nəcəfov müsabiqə iştirakılarına uğurlar arzulayıb.
Daha sonra müsabiqəyə start verilib. Tədbir iştirakçıları şagirdlərin hazırladıqları layihələlə tanış olublar.Müsabiqələrdə 46 komanda olmaqla 120-ə yaxın müəllim və şagird iştirak edib. Şagirdlər hazırladıqları layihələr barədə ətraflı məlumatlar verib, mikrobit kodlaşdırma platformasından istifadə edərək kod yazıblar.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatları və medalla mükafatlandırılıblar.