Dekabrın 18-də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İki dövlət - bir millət" adlı tematik müsabiqənin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 70 şagird 75 rəsm əsəri ilə qatılıb və münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. Mükafatlandırma mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.Tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, əməkdar rəssam Ülviyyə Həmzəyeva ölkəmizdə uşaq və gənclərə göstərilən dövlət qayğısından danışıb, sərginin mahiyyəti və önəmi haqqında iştirakçılara məlumat verib.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və digərləri çıxışlarında müsabiqənin əhəmiyyətindən danışaraq qalibləri təbrik ediblər.
Mükafatlandırma mərasimində I, II, III yerlərin qaliblərinə və münsiflər heyəti tərəfindən rəsmiləri ilə fərqlənən 3 şagirdə pul mükafatı və diplomlar təqdim olunub. Tədbir iştirakçılarına isə üzərində ümummilli lider Heydər Əliyevin və Ulu Öndər Mustafa Kamal Atatürkün fotoları əks olunan köynəklər hədiyyə olunub.
Sonda tədbir iştirakçıları şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.