Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsi artıq yekunlaşıb.
Müsabiqəyə ümumtəhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə 126 vakant vəzifə çıxarılmışdı. Həmin vəzifələrə 604 namizəd sənəd vermiş, 2024-cü il dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlərdən 345-i keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır. 25 dekabr 2023- 23 yanvar 2024-cü il tarixləri arasında keçirilən müsabiqənin müsahibə mərhələsində ən yüksək nəticə göstərən namizədlərdən 35-i daimi, 4-ü isə müvəqqəti olmaqla ümumilikdə 39 nəfər ümumtəhsil müəssisələrində tədris-köməkçi heyət vəzifələri üzrə işlə təmin olunmuşdur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəsissələrində vakant olan tədris–köməkçi heyət vəzifələri üzrə növbəti işə qəbul müsabiqəsinin 2023-2024-cü tədris ilinin sonlarında keçirilməsi nəzərdə tutulur.