Aprelin 7-də (11 illik) orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərən və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində həvəsləndirici yerə layiq görülən məktəblilərlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbliləri təbrik edərək, son dövrlərdə təhsil sahəsində həyata keçirilən uğurlu layihələrdən və şagird nailiyyətlərindən danışıb. Qeyd olunub ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında məktəblilərimiz yüksək nəticələr əldə ediblər. Bildirilib ki, builki buraxılış imtahanlarındakı orta bal göstəriciləri son 3 il üzrə ən yüksək nəticədir və bölgələr arasında da Naxçıvan məktəbliləri yüksək nəticələrinə görə ölkə üzrə ikinci pillədə yer tutur.
Ardını oxu...
|
Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Tədbirdə oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardını oxu... Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib. Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi, işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə təhsil müəssisəsisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 17, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 19 vəzifə çıxarılıb ki, həmin vəzifələrdən yalnız 3-nə 57 namizəd sənəd verib. Təhsil müəssisələrində vakant olan digər 16 vəzifəyə isə sənəd verən olmayıb.
Ardını oxu... Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat, riyaziyyat, ibtidai sinif, həmçinin xarici dil tədris edən və ilk dəfə olaraq təhsilverənlərin mərkəzləşdirilmiş qaydada keçirilən sertifikatlaşdırma imtahanında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib. Müəllimlərə dəstək məqsədilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdır.
Ardını oxu... Martın 29-da Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunan Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib. Dövlət himninin səsləndərilməsi ilə başlanan forumda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov forum iştirakçılarını salamlayaraq bildirib ki, son illərdə muxtar respublikada aparılan islahatların əsas tərkib hissəsini təhsil siyasəti təşkil edib. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması ilə bağlı Sərəncamı da təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ardını oxu... |
|