Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu

2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu.
Şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər.
Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 18 iyul 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, qəbul imtahanında iştirak edən 29480 şagirddən 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17003 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.

Bu gündən məktəbəhazırlıq qruplarına qəbul başlayır

İyulun 11-i saat 11:00-dan 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.
Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Səlahiyyətli nümayəndə ölkə və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-2024-cü tədris ilində Azərbaycan və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşüb.
Səlahiyyətli nümayəndə bu il şagirdlərin təhsildə və idman sahəsində daha yüksək nəticələr əldə etməsini fəxarət dolu hisslərlə vurğulayıb. Bildirib ki, dövlətimizin qarşıya qoyduğu əsas hədəflərdən biri uşaqların hərtərəfli inkişafını təmin etməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi önəm verir. Çünki təhsilli və dünyagörüşlü uşaqlar xalqımızın sağlam gələcəyidir. Hər bir cəmiyyətin inkişafını şərtləndirən əsas amil təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Azərbaycanda bunun üçün münbit şərait yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının Naxçıvan Muxtar Respublikası üzrə birinciliyi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ardını oxu...

Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub

İyunun 8-də Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəbə gedib, müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqlarında müəllim kollektivi və şagirdlərlə görüşüb, səmimi söhbət edib, təbriklərini çatdırıb, uğurlar arzulayıb, təhsil ocağında yaradılan “Kükü kənd tam orta məktəbinin 100 illiyi” guşəsi ilə tanış olublar.
Sonra məktəbin qarşısında müəllim və şagirdlərlə xatirə şəkli çəkdirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg