Avqustun 2-də Naxçıvan Muxtar Respublikası ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə qızıl və gümüş nişanla təltif olunan məzunları ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları təbrik edərək bildirib ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında muxtar respublikanın ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bölgələr arasında da muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. Həmçinin 2023-2024-cü tədris ilində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə də buraxılış imtahanlarında 5 şagirdimiz 300 bal toplamaqla maksimum nəticəni əldə edə bilib.
Qeyd olunub ki, məzunlar qəbul imtahanlarında da bu missiyanı uğurla davam etdirərək ötən ilin nəticələrini geridə qoyublar. Belə ki, 2022-2023-cü tədris ilində 600-700 bal intervalında nəticə əldə edən məzun sayı 42 nəfər olub, 2023-2024-cü tədris ilində isə bu say 104 nəfərə yüksəlib. Məhz bu göstəricilər ötən tədris ili ilə müqayisədə 2.5 dəfə çoxdur. Eyni zamanda fərqlənmə attestatı ilə məktəbi bitirən məzunlarımızın sayı da əhəmiyyətli dərəcədə artıb. Ötən il ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı alıb, cari tədris ilində isə bu göstərici 3 dəfədən çox artaraq 387 nəfərə (253 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) yüksəlib. 8 məzunumuz qızıl, 1 məzunumuz isə gümüş nişana layiq görülüb.
Görüşdə məzunlar təhsillərini davam etdirəcəkləri təhsil müəssisələri, ixtisas seçimləri haqqında məlumat verib, görüşə görə minnətdarlıq ediblər.
Görüşdə məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestatlar, qızıl, gümüş nişanlar və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.