Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub.
Sonra tədbir iştirakçıları “Gənclik” Mərkəzinin foyesində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfransda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, 20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil 3-ü isə peşə təhsil müəssisəsidir. Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada hər bir namizədə bərabər imkanlar yaradılmaqla və şəffaflıq təmin edilməklə keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqədə namizədlərdən 133-ü müəllim adını qazanıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müsabiqənin test mərhələsinə 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak edib. Ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin sertifikasiya prosesi keçirilib, imtahanlarda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil (ingilis, rus, alman və fransız dilləri) və ibtidai sinif fənləri üzrə 366 müəllim iştirak edib ki, onlardan 153-ü 51 və daha yüksək bal toplayıb. Müəllimlərdən 2-si maksimum nəticə (60 bal) göstərib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb, sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb.
Qeyd edilib ki, 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biridir. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bölgələr arasında da muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. 292 şagirdin 250- 300 bal intervalında nəticə göstərməsi şagirdlərin yüksək hazırlıq səviyyəsini təsdiqləyir. Həmçinin 2023-2024-cü tədris ilində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə də buraxılış imtahanlarında 5 şagird 300 bal toplamaqla maksimum nəticəni əldə edib. Eyni zamanda fərqlənmə attestatı ilə məktəbi bitirən məzunların sayı da əhəmiyyətli dərəcədə artıb, ötən il ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı alıb, cari tədris ilində isə bu göstərici 3 dəfədən çox artaraq 390 nəfərə (253 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) yüksəlib. 8 məzun qızıl, 1 məzun isə gümüş nişana layiq görülüb. Məzunlar qəbul imtahanlarında da bu missiyanı uğurla davam etdirərək ötən ilin nəticələrini geridə qoyublar. 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrini bitirən məzunlardan 327-si 500-700 intervalında bal toplayıb. 2022-2023-cü tədris ilində isə 500-700 intervalında bal toplayan məzunların sayı 196 olub. Naxçıvanda 500-700 intervalında bal toplayan məzunların sayı ötən tədris ili ilə müqayisədə 67 faiz artıb.
Konfransda şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılan nailiyyətlərdən danışıblar.
Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, araşdırmalar artıq XXI əsr şagirdlərinə faktların mexaniki əzbərlənməsi lazım olduğunu göstərir. Onlar istədikləri məlumatı internet vasitəsilə saniyələr sərf etməklə əldə edə və ondan istifadə edə bilir. Elm və texnologiyaların sürətli inkişafı həyatımızı nə qədər rahatlaşdırırsa, təsəvvür edə bilməyəcəyimiz bir çox problemləri də özü ilə birlikdə gətirir. Onların həlli üçün müəllimlərin qarşısında duran əsas məsələ şagirdlərə necə kömək etmək və onları düşünməyə necə cəlb etmək olmalıdır. Bir neçə ildən sonra tamamilə yeni peşələr olacaq. Bu gün elə gənclər formalaşmalıdır ki, “çərçivədən” kənar düşünmək bacarıqları olsun, müstəqil təhsil almaq bacarıqları olsun, özünüinkişafın təmin etsin, öz intellektini artırsın.
Slayt vasitəsilə ölkəmizdə 2003-2023-cü illərdə təhsil infrastrukturunun təkmilləşməsindən söz açan nazir müavini qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Son illərdə təhsil infrasturukturu tamamilə yenilənib, tədris şəraiti tam müasirləşdirilib. 2017-2022-ci illərdə bir milyondan çox şagirdin tədris şəraitnin yaxşılaşdırılmasına xidmət edən 414 modul tipli məktəb tikilib istifadəyə verilib. 2023-cü ilin sonunadək ölkə ərazisində 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub, 2026-cı ilədək daha 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır. Texnoloji təminatın ilbəil daha da yaxşılaşdırılmasının nəticəsidir ki, 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.
Konfrans Heydər Əliyev Uşaq Gənclər Yaradıcıllıq Mərkəzinin dərnək üzvlərinin ifasında mahnı nömrələrinin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda “Gənclik” Mərkəzinin qarşısında xatirə şəkli çəkdirilib