• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün3159
mod_vvisit_counterDünən3123
mod_vvisit_counterBu həftə8359
mod_vvisit_counterBu ay20678
mod_vvisit_counterÜmumi3019827

Tarix: 05 Fev., 2025

Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil xidmətlərinin göstərilməsinə başlanılıb

Yanvarın 21-dən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan  regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda təhsil xidmətlərinin göstərilməsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Naxçıvan  regional “ASAN xidmət” mərkəzinin direktoru Tural Əliyev Mərkəzdə Nazirlik üçün yaradılan bölmə ilə tanış olub, xidmət göstərəcək əməkdaşlara tövsiyyə və tapşırıqlarını çatdırıblar. Qeyd edək ki, “ASAN xidmət” mərkəzində Nazirliyin əməkdaşları tərəfindən vətəndaşlara  məktəbəqədər təhsil müəssisələrinə və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu,  Peşə Təhsili müəssisələrinə tələbə qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidmətləri göstəriləcək.
Vətəndaşlar mərkəz vasitəsilə bu  elektron müraciət xidmətlərindən yararlana biləcəklər. Bununla da elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala biləcəklər. Mərkəzdə göstəriləcək təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz  həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, vətəndaşların müraciət imkanlarının operativ cavablandırılması, vətəndaş məmnunluğunun artırılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən gələcəkdə  “ASAN xidmət” mərkəzində əlavə xidmətlərin də göstərilməsi planlaşdırılır. Belə ki, gələcəkdə mərkəzdə təhsil müəssisələrinə direktorların, müəllimlərin,  yardımçı tədris heyyətinin və digər vəzifələrin işə qəbulu zamanı sənəd qəbulu və təhsilverənlərin sertifikatlaşdırılmasının qeydiyyatı prosesi xidmətlərinin   də göstərilməsi nəzərdə tutulur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg