• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün3139
mod_vvisit_counterDünən3123
mod_vvisit_counterBu həftə8339
mod_vvisit_counterBu ay20658
mod_vvisit_counterÜmumi3019807

Tarix: 05 Fev., 2025

Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbuluna başlanılır

Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq. Peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər 22 yanvar – 7 fevral  tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə  qeydiyyatdan keçə bilərlər.
Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini, Naxçıvan Muxtar Respublikası üzrə isə 3 direktor vakansiyası elan olunacaq.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər  fevral ayında qanunvericilik, məntiq və müvafiq sahəyə aid suallar üzrə imtahandan keçəcəklər. Müsahibələrin keçirilməsi isə mart ayına planlaşdırılır. Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimum tələblər bunlardır:
Direktor - Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
Tədris və təlim işləri üzrə direktor müavinləri – pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.
Tərbiyə işləri üzrə direktor müavinləri - pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.
İnzibati təsərrüfat işləri üzrə direktor müavinləri - orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübəsi olan, Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg