Hacıyeva Ülviyyə Hafiz qızı-1987-ci ildə Babək rayon Şıxmahmud kəndində anadan olub. 2004-cü ildə Bakı şəhər Yasamal rayon 286 saylı tam orta məktəbi bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qiyabi formada daxil olub, 2009-cu ildə eyni ixtisas üzrə təhsilini başa vurub.
2004-2006-cı illərdə Babək rayon Şıxmahmud kənd tam orta məktəbində müəllim, 2006-2007-ci illərdə Bakı şəhər Binəqədi rayon 283 saylı tam orta məktəbində laborant, 2009-2011-ci illərdə “Naxçıvan” Universitetinin “İdrak” tədris mərkəzində bölmə rəhbəri, 2011-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında korrektor, 2018-2019-cu illərdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Xəbərlər” redaksiyasında müxbir vəzifələrində işləyib. 5 mart 2020-ci ildən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyir.