17 mart 2020-ci il tarixdə Rusiyanın Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskusiyası: aktual suallar, naliyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransının işinə yekun vurulub. Konfransda iştirak edən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəsirli İnci Emin qızı “Biləv
alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” layihəsinin nəticələri “Müasir gənclərin elmi diskusiyası: aktual suallar, naliyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və I yerə layiq görülmüşdür. Nəsirli İnci və elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laboratoriyası”nın müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Hüsenov Qorxmaz I dərəcəli diplom və sertifikakla təltif olunmuşdur. “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı məqalə konfransın materiallarında dərc edilmişdir.