• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün60
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7213
mod_vvisit_counterBu ay30418
mod_vvisit_counterÜmumi2497683

Tarix: 20 Apr., 2024

Şagirdlər tətil müddətində mütaliəyə üstünlük verməlidirlər

Mütaliə hər bir şəxs üçün əsl həyat məktəbidir. İnsanın bir şəxsiyyət kimi formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

Mütaliə insanın dünyagörüşünü artırır. Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar. Əgər bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar.

İnsan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Çox mütaliə edən insanlar həm düşüncə, həm  bacarıq, həm də digər baxımdan başqalarındanfərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə o insanda həm inam, həm də yüksək bacarıq formalaşır.

Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir. Çox kitab oxumaq insanda tərbiyəvi bir xüsusiyyətdir. Əlbəttə ki, bu, insanlarda kiçik yaşlardan başlayır. Uşaqlar anlamasalar belə valideynlər onların yanında uca səslə kitab oxuduqda onlarda körpə yaşlardan kitaba sevgi, maraq yaradır. Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır.

Mütaliənin mənəvi aləmin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində müstəsna əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Böyüməkdə olan nəsillərin mükəmməl şəxsiyyət kimi formalaşmasına, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, mənəvi tərbiyəsinin müasir tələblər səviyyəsində qurulmasına, dünyagörüşlərinin artmasına xidmət edən bu dəyərli əsərlər mütaliə üçün tövsiyə olunmuşdur. “Oxunması zəruri olan kitablar” şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.

Məlum olduğu kimi, muxtar respublikada mart ayının 4-dən etibarən təhsil müəssisələri, o cümlədən ümumtəhsil məktəbləri tətilə bağlanıb. Uzunmüddətli tətilin tədris proqramına təsirini azaltmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin portalında siniflər üzrə ayrı-ayrı fənlərdən elektron dərs resursları yerləşdirilmişdir. Həmçinin proqram üzrə dərslərin izlənilməsi məqsədilə fənn müəllimlərindən götürülmüş mövzular sinif rəhbərləri tərəfindən gündəlik olaraq şagirdlərə çatdırılır. Bununla yanaşı uşaqların dünyagörüşünün artırılması, həm də evdə daha rahat davranış modelinin təmin edilməsi üçün uşaqların mütaliəyə yönəldilməsi mühümdür. Uşaqlarla bu istiqamətdə işləmək, yaranmış boşluğu doldurmaq üçün valideynlərin bu yanaşmaya diqqət etməsinə ciddi ehtiyac var. Çalışmalıyıq ki, uşaqlarımız bu müddət ərzində onların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biri olan mütaliəyə üstünlük versinlər.

Ümumiyyətlə, hər bir şagird, hər bir insan öz həyatında mütaliəyə xüsusi yer ayırmalıdır. Çünki mütaliə insanın daxili dünyasına çox böyük mənəvi dəyərlər gətirir. Mütaliə hər bir şagirdin tərbiyə olunmasında, dünyagörüşünün artırılmasında çox böyük rol oynayır. Mütaliə mədəniyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitablar” şagirdlər üçün ən dəyərli mütaliə nümunələridir. Ona görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tətil müddətində bütün şagirdlərə dərsləri ilə yanaşı bu kitabların da mütaliəsini tövsiyə edir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg