Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və Texniki Peşə və Sürücülük Məktəbinin
3-cü mərtəbəsində Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq Mərkəzləri üçün innovativ dərnəklər yaradılır.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-Aritmetik, Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərəcək Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs, Rəsm, Xalçaçılıq, Bujiteriya, Ebru sənəti, Toxuculuq, İngilis dili, Texniki Yaradıcılıq Mərkəzində Robotexnika, Mental-Aritmetik, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Bədii tikmə, Qum sənəti, Metal üzərində bədii döymə, Turizm-Diyarşünaslıq Mərkəzində isə Dulusçuluq-Heykəltaraşlıq dərnəklərinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, dərnəklər şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə və zehni biliklərinin artırılmasına şərait yaradır.
Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası TəhsilNazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə və rayondakı Texniki Peşə və Sürücülük Məktəbində yeni innovativ dərnəklər yaradıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən məktəbin tədris korpusunun 3-cü mərtəbəsi rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşunaslıq Mərkəzləri üçün ayrılıb.
Mərkəz ümumilikdə 326 şagird yerlikdir. Dərnək üzvləri ilə 48 dərnək rəhbəri məşğul olacaq.
Şərur Texniki Peşə və Sürücülük Məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göstərəcək, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, toxuculuq, ingilis dili, Texniki Yaradıcılıq Mərkəzində robotexnika, mental-aritmetik, ağac üzərində oyma, ağac üzərində yandırma, bədii tikmə, qum sənəti, metal üzərində bədii döymə, Turizm-Diyarşunaslıq Mərkəzində isə heykəltaraşlıq və dulusçuluq sənəti dərnəkləri yaradılıb. Dərnək otaqları lazımi avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, dərnəklər şagirdlərin asudə vaxtlarının səmərəli keçirmələrinə və zehni biliklərinin artırılmasına şərait yaradır.