Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər. “Virtual məktəb” portalında hər həftə müxtəlif mövzu və fənlərə uyğun yeni tapşırıqlar əlavə olunacaq. Portalda həmçinin şagirdlərə müəllimlərlə və öz həmyaşıdları ilə canlı ünsiyyət, görüntülü və səsli əlaqə yaratmaq üçün imkan yaradılacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bütün şagirdləri və onların valideynlərini 2 aprel tarixindən başlayaraq virtual.edu.az online portalda qeydiyyatdan keçməyə dəvət edir. “Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün App Store və Google Play marketlərində Microsoft Teams adlı tətbiqi yükləyib portalda qeydiyyatdan keçə bilərsiz. Portalda qeydiyyat 02 aprel tarixindən başlayacaq.