Muxtar respublikanın təhsil işçiləri Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə fəallıq göstərmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyindəki bütün təhsil müəssisələri tərəfindən Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına 26-29 mart 2020-ci il tarixlərdə ümumilikdə 560 min manatdan artıq vəsait köçürülmüşdür.