Azərbaycan bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 3 aprel 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
I sinif:
Azərbaycan dili - Heyvanlar
Riyaziyyat - 20 dairəsində tapşırıqlar
Həyat bilgisi - Müxtəlif fəsillərdə geyimlər
II sinif:
Azərbaycan dili - "Güllərdən göyçək çiçək" mətni
Riyaziyyat - Bölmə əməlinin ədəd oxu üzərində modelləşdirilməsi
Həyat bilgisi - Mənəvi keyfiyyətlər
III sinif:
Azərbaycan dili - "Gülüş günü" mətni
Riyaziyyat - İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi
Musiqi - Musiqidə variasiya
IV sinif:
Azərbaycan dili - "Sağsağan nə axtarırdı?" mətni
Riyaziyyat - Üçrəqəmli ədədi ikirəqəmli ədədə vurma
Musiqi - Musiqi və bəstəkar
X sinif:
Azərbaycan dili - Rəsmi sənədlər üzrə dil qaydaları
Fizika - Enerji ilə kütlə arasında əlaqə qanunu
Riyaziyyat - Prizmanın həcmi
Tarix - Səfəvilər dövləti Şah Abbasın hakimiyyəti dövründə
XI sinif:
Azərbaycan dili - "Bundan yaxşı ola bilməz" mətni
Fizika - Enerji ilə kütlə arasında qarşılıqlı əlaqə qanunu
Riyaziyyat - Üstlü funksiyanın inteqralları
Tarix - SSRİ-nin dağılma səbəbləri
Ədəbiyyat - Mir Cəlal Paşayevin həyat və yaradıcılığı
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti