Həyatda şərəfli və dəyərli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz belə insanların sayəsində yaranır, onların nəcibləşən ömürləri gələcək nəsillərə örnək, nümunə olur. Azərbaycanın görkəmli alimi akademik Zərifə xanım Əliyeva kimi.
Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 97, əbədiyyətə qovuşmasının 35-ci ildönümüdür. Görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Ətraflı serqqapisi.az saytında...