Azərbaycan bölməsi şagirdlərinin nəzərinə çatdırılır ki, “Videodərslər” gündəlik zənginləşdirilir. Videodərslərə 17 aprel 2020-ci il tarixdə sinif və fənlər üzrə aşağıdakı mövzular əlavə edilmişdir.
I sinif:
Azərbaycan dili - "Hesab" mətni
Riyaziyyat - Məsələ həlli
Həyat bilgisi - Ətrafımda nələr təhlükəli ola bilər?
II sinif:
Azərbaycan dili - Nitq etiketləri
Riyaziyyat - Məsələ həlli
Həyat bilgisi - Milli pulumuz
III sinif:
Azərbaycan dili - "Ata sözünün qiyməti" mətni - 2-ci hissə
Riyaziyyat - Məsələ həlli
Musiqi - Azərbaycan xalq mahnıları və variasiyalar
IV sinif:
Azərbaycan dili - "Xan Çinar" şeiri
Riyaziyyat - Qismət neçə rəqəmlidir?
Musiqi - Bəstəkar və romans
X sinif:
Azərbaycan dili - Tezis haqqında məlumat
Fizika - İdeal qazın malekulyar-kinetik nəzəriyyəsinin əsas tənliyi
Riyaziyyat - Piramidanın həcmi
Azərbaycan tarix - Azərbaycanın sosial-iqtisadi inkişaf xüsusiyyətləri
XI sinif:
Azərbaycan dili - "Bakının tarixi" mətni
Fizika - Elektromaqnit şüalanmasının kvant təbiəti. Foton
Riyaziyyat - İnteqrallama sabitinin tapılması. Real həyati situasiya məsələləri
Azərbaycan tarixi - Cənubi Azərbaycan İran-İslam inqilabı
Ədəbiyyat - İlyas Əfəndiyevin həyatı və yaradıcılığı. "Xurşidbanu Natəvan" dramının məzmunu
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti