Muxtar respublika təhsil müəssisələrində müvəqqəti olaraq tədris dayandırılıb. Yaranmış mövcud vəziyyətlə bağlı dərslərin ləngiməməsi və tədrisin keyfiyyətini yüksəltmək məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.
Bununla əlaqədar olaraq ümumtəhsil məktəblərində dərslərin ixtisaslar, qruplar və fənlər üzrə fasiləsizliyini təmin etmək məqsədilə internet üzərindən onlayn dərslər keçirilir. Naxçıvan Dövlət Texniki Kolleci tərəfindən də tələbələrə onlayn dərslər təşkil edilir. Belə ki, ixtisas müəllimləri tərəfindən fənlər üzrə dərs cədvəlinə və proqrama uyğun olaraq mövzuya aid elektron formada material, sərbəst işlərin mövzuları, I kursda təhsil alan tələbələrlə Kiçik Summativ Qiymətləndirmə (KSQ), yuxarı kurslarda təhsil alan tələbələrlə isə kollekviumlar keçirilir.