Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2020-ci il aprelin 21-də koronavirus pandemiyası dövründə Mərkəzin fəaliyyəti ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.
Onlayn konfransa kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi qoşulub. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in fəaliyyət istiqamətləri, Mərkəz tərəfindən keçiriləcək imtahanlar, onlayn və oflayn imtahanların keçirilməsi üçün şərtlər, imtahanların qrafiki və s. məsələlər haqqında jurnalistlərin suallarını cavablandırıb.
Qeyd olunub ki, imtahan və tədbirlərin YENİ QRAFİKİ Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.