• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün236
mod_vvisit_counterDünən1280
mod_vvisit_counterBu həftə4142
mod_vvisit_counterBu ay36665
mod_vvisit_counterÜmumi2977476

Tarix: 22 Yan., 2025

Naxçıvan Şəhər Təhsil Şöbəsi təhsildə yaranmış fasilə dövründə fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişir. Gənc nəsli gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyaların verilməsi, şagirdlərdə tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi, tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, innovasiyaları mənimsətmək və tətbiq etdirilməsi, yüksək texnoloji bacarıqların aşılanması vacib şərtlərə çevrilib. Gənc nəslin inkişafı və sağlamlığının qorunması isə ən vacib vəzifələrdən sayılır.

Ölkəmizdə, o cümlədən, Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Yaranmış mövcud vəziyyətlə bağlı təhsil sahəsində fasilələrin yaranması şagirdləri evdə onlayn təhsil almağa yönəldib. Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən bütün imkanlardan istifadə edilərək şagirdlərin evdə qalmasına baxmayaraq, dərslərdən geri qalmaması və öz biliklərini artırması üçün bır sıra tədbirlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin portalında yaradılan video dərslər bölməsində yerləşdirilən video dərslər, vizuallaşdırılmış dərslər və elektron dərslərin keçidlərindən şagirdlərin sərbəst şəkildə istifadəsi təmin olunmuşdur. Bu isə şagirdlərimizə öz biliklərini zənginləşdirmək imkanı yaradır.

Həmçinin, verilmiş tapşırığa əsasən ümumtəhsil məktəblərində dərs cədvəlinə uyğun olaraq fənlər üzrə mövzular sinif rəhbərləri tərəfindən şagirdlərə gündəlik olaraq bildirilir. Bununla yanaşı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində şagirdlərin dərs materiallarını yaxşı mənimsəmələri, şagirdlər tərəfindən yaranmış sualların cavablandırılması və mövzular ətrafında geniş izah vermək məqsədi ilə fənn müəllimləri tərəfindən müxtəlif elektron proqramlardan istifadə edilməklə bütün fənlər üzrə dərslər onlayn şəkildə keçirilir.

Keçirilən dərslərə gündəlik olaraq Təhsil şöbəsi və məktəb rəhbərləri tərəfindən müəyyən olunmuş qrafiklər üzrə nəzarət olunur. Gələcəyimiz olan şagirdlərin belə bir həssas dövrdə mütəmadi olaraq dərslərini oxuması, müəllimləri və yoldaşları ilə ünsiyyətdə olması onların təhsildən geridə qalmamasına, hər hansı psixoloji gərginlikdən uzaq olmasına mübət təsir göstərir.

Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan Sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum şagirdlər də diqqətdən kənarda qalmamış, məktəb psixoloqları, fənn müəllimləri tərəfindən həmin şagirdlərin təhsil və qayğıları ilə yaxından maraqlanılmışdır. Onlayn dərslərə qoşula bilməyən bu qəbildən olan şagirdlərimizlə izolyasiya qaydalarına əməl olunmaqla evlərində təhsilalmaq imkanı yaradılmışdır.

Naxçıvan şəhər ümumtəhsil məktəb müəllimləri dərsləri şagirdlərə mənimsətməklə yanaşı onların biliklərinin qiymətləndirilməsi məqsədi ilə, gündəlik formativ qiymətləndirmə, hətta müəyyən olunmuş müxtəlif onlayn proqramlar vasitəsi ilə şagirdlərə Kiçik summativ qiymətləndirmə aparırlar. Şagirdlərin mənimsədikləri bilikləri tətbiq etmək üçün onlarla onlayn bilik yarışları, debatlar, telekonfranslar keçirilir. Xarici dil müəllimləri tərəfindən şagirdlərdə xarici dildə sərbəst danışıq mədəniyyətinin formalaşması və inkişafı istiqamətində video dialoqlar təşkil edilir.

Naxçıvan şəhər ümumtəhsil məktəblərində öz istedadları ilə fərqlənən şagirdlərlə bir sıra işlər aparılmışdır. Şagirdlərə öz istedadlarını nümayiş etdirmə imkanı yaradılmışdır. Naxçıvan Şəhər Uşaq Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən elan olunan “Mənim doğma məktəbim” mövzusunda keçirilən virtual rəsm müsabiqəsində şagirdlərin iştirakı təmin olunmuşdur. Təqdim edilən rəsmlərdən böyük hissəsini Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdlərinin əl işləri təşkil etmiş və 8 şagirdimiz 1-ci, 2-ci, 3-cü yelərin qalibi olmuşdur.

Təhsilin dayanması şagirdlərimizin təhsil almasında çətinlik yaratmadığı kimi, onların bir sıra aksiyalara və sosial çağrışlara qoşulmasına da maneə olmamışdır. Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan 6000-dən artıq şagird “Evdə Qal”, “Təhsildən Qalma”, “Dərsdən Qalma” aksiyalarına qoşulmuş, məktəb rəhbərliyinin köməkliyi ilə 300-dən artıq videoçarx hazırlanmışdır.

Həmçinin, məktəb kollektivlərinin və şagirdlərimizin tarixi günlərlə bağlı “Novruz bayramı”, “31 Mart Soyqırımı Günü”, “Aprel döyüşləri” ilə bağlı sosial çarxlar hazırlanmışdır.

Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması məqsədi ilə “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan kitabların mütaliəsi məqsədi ilə “Evdə Oxu” aksiyası təşkil olunmuşdur. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi aksiyada fəallıq göstərən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanan videoçarx Təhsil Nazirliyinin portalına yerləşdirilmişdir.

Öz işinə vicdanla yanaşan, hər an şagirdləri ilə maraqlanan və yorulmadan günün istənilən vaxtı onların suallarını cavablandıran, məsuliyyətli müəllimlərə məktəb direktorları tərəfindən “Təşəkkürnamələr” hazırlanmış və müəllimlərə çatdırılmışdır. Dərslərdə fəallıq göstərən şagirdlərə isə müəllimlər tərəfindən “Tərifnamələr” verilmişdir. Bu isə müəllim və şagirdlərdə ruh yüksəkliyi yaratmışdır. Həmçinin, Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən fəallıq göstərən məktəb rəhbərləri, müəllimlər və şagirdlərin qeydiyyatı aparılmış, onlara təşəkkür elan olunmuşdur.  Bu dövr ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərində müəllim- şagird- valideyn əlaqələri genişləndirilmişdir. Dərslərin onlayn şəkildə tədrisi valideynləri təhsilin fəal iştirakçısına çevirmiş və onlar övladlarının təhsildən qalmaması üçün müəllimlərimizə dəstək olurlar. Naxçıvan Muxtar Respublikasında COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində bir neçə dəfə dezinfeksiya işlərinin aparılması, eyni zamanda məktəbyanı sahələrin təmizliyi daim diqqətdə saxlanmışdır. Ümid edirik ki, yaranmış bu şərait tez bir zamanda yekunlaşacaq, dövlətimiz tərəfindən həyata keçirilən profilaktik tədbirlər öz təsirini göstərəcək və şagirdlərimiz darıxdıqları məktəb həyatına əvvəlki kimi davam edə biləcəklər.

Gülxanım Orucova

Naxçıvan Şəhər Təhsil Şöbəsinin

baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg